Quba fermerlərindən su qiymətinə meyvə (VİDEO)

15000 hektar sahədə alma yetişdirən Quba bağbanları məhsullarını sata bilmir.

ANS TV-nin məlumatına görə, Qubanın Amsarqışlaq kəndində bağlardaca xarab olan tonlarla meyvə qalağı bundan xəbər verir. Qubanın bazarlarında alma çox ucuz 1 kq-ı 40-60 qəpik arasında satılır. Məhsulu paytaxta və ya xaricə aparmaq fermerlərə sərf etmədiyi üçün onlar emal müəssisələrinə üz tutur. Amma burda da meyvə 38 qəpiyə alınır. Xaçmazdakı konserv zavodu bu mövsüm 20 min tona yaxın texniki sort alma qəbul edib.

Konserv zavodunun direktoru Rüstəm Rüstəmov bu il alma sezonuna keçən illərdən fərqli olaraq sentyabrın ilk günlərindən start verildiyini deyir.

Quba İcra Hakimiyyətinin müavini Nəsrulla Vəliyev də meyvəçilərin satış problemini təsdiqləyir. Rusiya bazarlarına çıxışın məhdud olduğunu deyən icra rəsmisi bunun səbəbini dolların bu ölkədə bahalaşması ilə izah edir. Almanın satışı ilə bağlı İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi ilə birgə tədbirlər planı hazırlayır.

…read more

From:: ANS