Gizli görüş başa çatdı (VİDEO, FOTO)

Bütün dünyanın diqqət mərkəzində olan görüş başa çatıb.

ANS PRESS-in məlumatına görə, Kremldə Rusiya və Fransa prezidentləri Vladimir Putin, Fransua Olland və Almaniya kansleri Angela Merkel arasında keçirilən üçtərəfli görüş başa çatıb.

Görüşün sona çatması haqqında Twitter də rusiyalı jurnalist Mariya Finoşina məlumat yayıb.

Bildirilir ki, dövlət başçıları bağlı qapılar arxasında nümayəndə heyətlərinin iştirakı olmadan görüş keçiriblər. Görüş zamanı tərəflər Ukraynanın şərqindəki vəziyyətin nizama salınması ilə müzakirələr aparıblar.

Görüşdən sonra liderlər şam yeməyinə gedib. Üçtərəfli görüşdə konkret olaraq nələrin müzakirə edildiyi və jansı qərarların qəbul olunduğu hələlik açıqlanmır.

…read more

From:: ANS