Polisdən qəribə müraciət: Qonşunun damında qar yoxdursa… (FOTO)

Hollandiyanın Harlem şəhərindəki yaşayış evlərindən birinin damında qar olmaması yerli polisin diqqətini cəlb edib. ANS PRESS-in məlumatına görə, çətənə kolunun istiyə və işığa ehtiyacı olduğunu bilən polis həmin evdə axtarış keçirib. Axtarış nəticəsində evin çardağında qeyri-qanuni şəkildə yetişdirilmiş çətənə aşkarlanıb.

Bundan sonra Harlem polisi qeyri-adi xahişlə sakinlərə müraciət edib. Evin şəklini sosial şəbəkədə paylaşan polis, bu cür halla qarşılaşanların polisə anonim zəng vuraraq məlumat verməsini xahiş edib.

“Əgər qonşunuzun damında qar yoxdursa və qonşunuzun çətənə əkdiyini düşünürsünüzsə bizə anonim məlumat verin”.

Polisin bu müraciəti bir çox dəfə sosial şəbəkədə paylaşılıb.

…read more

From:: ANS