Premyer Liqamızın dəyəri açıqlandı (QİYMƏT)

Topaz Premyer Liqasının dəyəri müəyyənləşib. ANS PRESS-in məlumatına görə, “Transfermarkt” qış transfer pəncərəsindən sonra klublarımıza 60 milyon 540 min avro qiymət qoyub.

Son transferlərdən sonra “Qəbələ” Premyer Liqanın ən bahalı klubuna çevirilib. Bölgə klubunun ümumi dəyəri 11 milyon 700 min avrodu. İlk pilləni əldən verən “Qarabağ” ikinci yerə düşüb. Ağdam klubuna 10 milyon 830 min avro qiymət qoyulub. İlk “üçlüy”ü “İnter” qapayır – 10 milyon 500 min avro.

Premyer Liqanın ən ucuz komandası turnir cədvəlinin autsayredri “Bakı”dı. Paytaхt təmsilçisinə 1 milyon 550 min avro qiymət qoyulub.

Qeyd edək ki, “Transfermarkt” klublarımızı tərk etmiş bəzi futbolçuların adını siyahıdan silməyib və onların da qiymətini hesablayıb.

Klub Dəyəri (avro)

1. Qəbələ 11.700.000

2. Qarabağ 10.830.000

3. İnter 10.500.000

4. Simurq 7.550.000

5. Neftçi 7.180.000

6. Xəzər Lənkəran 5.680.000

7. AZAL 3.600.000

8. Sumqayıt 1.950.000

9. Bakı 1.550.000 …read more

From:: ANS