300 milyon dollarlıq rəsm (FOTO)

Məşhur fransız rəssam Pol Qogenin “Nafea Faa Ipoipo” adlı rəsm əsəri 300 milyon dollara satılıb.

ANS PRESS-in məlumatına görə, bu rəsm indiyə qədər dünyada satılmış ən bahalı rəsm əsəri hesab edilir.

Rəsmin keçmiş sahibi isveçrəli kolleksiyaner Rudolf Ştexelin satış faktını təsdiq edib. Qogenin əl işi bundan sonra Qətərin muzeylərinə məxsus olacaq.

1892-ci ildə çəkilmiş rəsm əsəri hazırda Bazel muzeyindədir. O, Madrid və Vaşinqtonda sərgiləndikdən sonra 2016-cı ildə yeni sahiblərinə təqdim olunacaq.

Qeyd edək ki, bunadək ən bahalı rəsm əsəri Pol Sezanın “Kart oyunçuları” olub. Onu 2012-ci ildə Qətər Milli Muzeyi üçün 250 milyon dollara satın almışdılar.

…read more

From:: ANS