Moskvada ukraynalı tələbə belə öldürüldü (VİDEO, FOTO)

Moskvada ukraynalı tələbə bıçaqlanaraq öldürülüb.

ANS PRESS-in məlumatına görə, 21 yaşlı Sergey Kostyuçenko Bauman adına Moskva dövlət texniki universitetinin tələbəsi olub.

Ukraynalı gənc yataqxananın qarşısında durmuş sərxoş qıza kömək edərkən bıçaqlanıb. Sergeyin bıçaqlanma anı yataxananın müşahidə kameralarına düşüb.

Yataqxananın təhlükəsizlik xidmətində olan mənbələrin sözlərinə görə, Sergey küçəyə çıxıb və görüb ki, binanın yanında sərxoş qız yıxılıb.

Ukrayna vətəndaşı şüurunu itirməkdə olan qıza kömək edib. Sergey qıza kömək edən zaman onu arxadan naməlum şəxs vuraraq qaçıb.

Boynundan və qarın nahiyəsindən aldığı bıçaq zərbələrindən gənc ölüb. Qatil hadisə yerindən qaçaraq gizlənib.

Həlak olan Ukraynanın Çerkass şəhər sakini bir müddət əvvəl Moskvaya oxumağa gəlib.

Faktla bağlı araşdırma aparılır.

…read more

From:: ANS