Azərbaycanın ən bahalı futbolçuları

Topaz Premyer Liqasında çıхış edən futbolçuların dəyəri müəyyənləşib. ANS PRESS-in məlumatına görə, “Transfermarkt” transfer pəncərəsinin bağlanmasından sonra futbolçuların qiymətlərini yeniləyib.

İnnosent Emeqaranın gedişindən sonra Premyer Liqanın ən dəyərli futbolçusu dəyişib. Amma yenə də siyahıya “Qarabağ”la başçılıq edir. Belə ki, Danilo Dias çempionatımızın bahalı oyunçusudu. Ona 2,5 milyon avro qiymət verib.

“İnter”in yeni tranesferi Ruben Şaken ikinci pilləni ələ keçirib. Hollandiya yığmasının sabiq üzvünün dəyəri 2 milyon avrodu. İlk “üçlüy”ü “İnter”in digər üzvü Aleksandr Amisulaşvili qapayır. Gürcüstan yığmasının sabiq oyunçusuna 1,8 milyon avro qiymət qoyulub.

“Qəbələ”nin yeni qapıçısı Dmitri Bezotosnının 1.7, “Neftçi”nin braziliyalısı Kauenin 1.4 milyon avro qiyməti var.

Premyer Liqanın 25 ən dəyərli futbolçusu siyahısına yalnız bir yerli oyunçu düşüb. Belə ki, millimizin kapitanı Rəşad Sadıqov 650 min avro ilə 23-cü pillədə qərarlaşıb. …read more

From:: ANS