Serj yolun sonuna doğru

“Ürək ağrısı ilə bildirirəm ki, Milli Məclisin növbədənkənar iclasında “Ermənistan prezidenti Serj Sarkisyanın impiçmenti haqqında” qərar layihəsinin müzakirəyə çıxarılması üçün lazım olan deputat imzalarını toplamaq qeyri-mümkün oldu”.

ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə Serj Sarkisyanın impiçmenti ilə bağlı təşəbbüsün müəllifi deputat Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, parlament fraksiyasının bu təşəbbüsünə cəmi iki deputat – Zarui Postandjyan və Aleksandr Arzumanyan qoşulub. Hazırlanan qərar layihəsində əsaslandırılmış arqumentlər az olduğu üçün deputatlar bu təşəbbüsə qoşulmayıblar.

“Kim hesab edirsə ki, sənəd tələblərə cavab vermir, qoy, həmin deputatlar şəxsi təkliflərini təqdim etsinlər. Biz bunu yenidən nəzərdən keçirəcək və yeni sənədi hazırlayacağıq. Bu məsələ gündəlikdə qalır. Əminəm ki, parlament üzvləri həmin sənədə birmənalı qoşulacaqlar”. …read more

From:: ANS