Məleykə Abbaszadə: “II mərhələyə seçimdə müəyyən yeniliklər olacaq”

Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbulla bağlı akademiyadan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəsmi sənəd təqdim olunmayıb.

ANS PRESS-in məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

TQDK sərdi onu da əlavə edib ki, AMEA-nın magistratura pilləsinə qəbulun aparılması üçün iki yol var:

“İnanıram ki, onlar magistraturaya qəbulun aparılması üçün lisenziya alıb. Hüquqi müstəvidə lisenziya alınıbsa, bu işlər həyata keçiriləcək. Fevralın 22-də TQDK-nın keçirdiyi magistraturaya qəbul imtahanının I mərhələsində iştirak edə biləcəklər. I mərhələdə magistraturaya qəbul olmaq istəyən hər kəs bu mərhələdən keçməlidir. Seçim ikinci mərhələdə aparılacaq. AMEA ilə ikinci mərhələnin hansı formada keçirilməsi ilə bağlı müəyyən dəqiqləşdirmələr aparılır. Onlarda II mərhələyə seçimdə müəyyən yeniliklər olacaq”, – deyə Məleykə Abbaszadə bildirib. …read more

From:: ANS