Avtomobillə üç nəfər vuruldu

Masallı rayon sakini avtomobillə üç nəfəri vurub.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə fevralın 5-də saat 20:00 radələrində Lənkəran rayonunun Şıxəkəran kəndində baş verib.

Masallı rayon sakini Saleh Rzayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakinləri Oruc Rəhimovu, onun arvadı Elnarəni və qızı Tünzaləni vurub. Nəticədə Tünzalə hadisə yerində ölüb, O.Rəhimov və Elnarə xəstəxanaya yerləşdiriliblər.

Lənkəran rayon polis şöbəsi tərəfindən araşdırma aparılır. …read more

From:: ANS