Prezident fərman imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1090-IVQD nömrəli Qanununun tətbiqi və “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 853-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 fevral tarixli 108 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinə 5 yaşı tamam olmuş vətəndaşa fərdi identifikasiya kartının verilməsinə və ya dəyişdirilməsinə görə, habelə fərdi identifikasiya kartının 3 və ya 1 iş günü müddətində verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumunun məbləğləri barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklərə əsasən, 5 yaşı tamam olmuş vətəndaşa verilən fərdi identifikasiya kartında bu məlumatlardan əlavə, vətəndaşın fotoşəkli də yerləşdirilir. 5 yaşı tamam olmuş vətəndaşa verilən fərdi identifikasiya kartı vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır.

Bundan başqa, 5 yaşı tamam olmuş vətəndaşa fərdi identifikasiya kartının verilməsinə və ya dəyişdirilməsinə görə, habelə fərdi identifikasiya kartının sənədlər müvafiq icra hakimiyyəti orqanına daxil olduğu gündən 3 və ya 1 iş günü müddətində verilməsinə və ya dəyişdirilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır.

Fərdi identifikasiya kartının üzərində göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin kart müvafiq icra hakimiyyəti orqanına daxil olduğu gündən 1 gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir. Fərdi identifikasiya kartının elektron daşıyıcısına (çipinə) daxil edilmiş məlumatların dəyişdirilməsinə, habelə 5 yaşı tamam olmamış vətəndaşa bu Qanunun 3.3-cü maddəsində göstərilən müddətdə fərdi identifikasiya kartının verilməsinə və dəyişdirilməsinə görə dövlət rüsumu ödənilmir. …read more

From:: ANS