Con Kerrini peşman etdilər

ABŞ-ın Dövlət Katibi Con Kerri son 50 ilin ən uğursuz dövlət katibi seçilib. ANS PRESS-in məlumatına görə, “Foreign Policy” jurnalının sorğusundan belə nəticələr çıxıb.

Sorğuda 600 amerikalı alim iştirak edib. Onlara bir sual verilib. “Sizcə son 50 ildə ABŞ-ın ən effektiv dövlət katibi kimdir?”. Rəyi soruşuulanlardan ancaq ikisi Con Kerrinin adını çəkib.

Ən yaxşı dövlət katibi kimi Henri Kissincerin adı çəkilib. Onun lehinə səs verənlər 32 faiz olub.
Rəyi soruşulanların 20 faizi isə ən yaxşı dövlət katibinin adını çəkməkdə çətinlik çəkiblər.

Qeyd edək ki, 2004-cü ildə Con Kerri prezidentliyə namizəd olub. O, seçkilərdə Corc Buşa məğlub olub. …read more

From:: ANS