Kral İŞİD-a belə meydan oxudu (FOTO)

İordaniya kralı Abdullah İŞİD-a göz dağı verib. ANS PRESS-in”İhlas” xəbər agentliyinə istinadla verdiyi məlumata görə, kral hərbi formasını geyinib.

İŞİD-ın iordaniyal pilot Muaz əl-Kesasibəyi yandırmasından sonra hərbi formada fotoları ilə kral terrorçulara demək olar ki, meydan oxuyub.

Foto İordaniya kralının Facebook səhifəsində yerləşdirilib. Fotonun altında isə “İordaniya kralı və Silahlı Qvvələrin komandanı Abdullah, Muaz əl-Kesasibnin şəhid edilməsindən sonra ABŞ səfərini yarıda kəsərək İordaniyay qayıtdı” yazıb.
Eyni foto kralın İnstagram səhifəsində yerləşdirilmişdi.

Kral pilotun diri-diri yandırılmasından sonra İŞİD-ə cavablarının çox sərt olacağınını açıqlamışdı.

…read more

From:: ANS