Robototexnika üzrə beynəlxalq olimpiada keçirilib

Soçidə robototexnika üzrə beynəlxalq olimpiada (WRO Russia 2014) keçirilib.

ANS PRESS-in məlumatına görə, builki olimpiadada rekord sayda ölkə (47) iştirak edib. Rusiyanın Təhsil və elm nazirinin müavini Veniamin Kaqanov tədbiri 2,6 min qonağın ziyarət etdiyini bildirib. Bu barədə İTİ-nin saytında xəbər yer alıb.

Təşkilatçıların məlumatına görə, yarışlarda 379 komanda iştirak edib. Seçim turu noyabrın 22-də, final yarışları isə 23-də keçirilib. Finala Rusiyanın müxtəlif kateqoriyalar üzrə 14 komandası vəsiqə alıb.

WRO-2014 “Soçidə robototexnika günləri” forumu çərçivəsində keçirilir. Yarışın mövzusu “Robotlar və kosmos” adlanır. Rusiyanı 13 regiondan 44 komanda təmsil edir. “WRO” iştirakçıları 4 kateqoriya üzrə yarışırlar: əsas hissə, yaradıcılıq, “robotlar arasında futbol” və “kollec”.

…read more

From:: ANS