Bakıda naməlum kişi meyiti tapıldı

Bakıda naməlum kişi meyiti aşkarlanıb.

ANS PRESS-in APA-ya istinadən məlumatına görə, Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Rayon Prokurorluğunun yanında yerləşən 4 mərtəbəli binada qeydə alınıb.

Həmin binanın zirzəmisində şəxsiyyəti məlum olmayan naməlum kişi meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub. Meyitə ilkin baxış zamanı onun üzərində hər hansı xəsarət aşkar edilməyib . Hazırda ölən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat tədbirləri davam etdirilir. …read more

From:: ANS