Rusiyaya müttəfiq zərbəsi

Qazaxıstan ciddi şəkildə Rusiyadan gələn bir çox ucuz mallara qadağa qoymaq istəyi barədə müzakirələr aparır.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın “Kommersant” qəzeti məqalə dərc edib. Qadağanın Rusiyadan gətirilməsi çox ucuz başa gələn neft məhsulları, avtomobillər, metal, toyuq əti, un, su şirələri və konditer mallarına qoyulacağı gözlənilir.

Qeyd olunur ki, rublun-qazax tengesinə nisbətdə 47 faiz düşməsi nəticəsində yerli istehsalçılar rusiya qiymətləri ilə rəqabət apara bilmir.

“Kommersant” əlavə edir ki, Rusiya şirkətləri üçün elə də böyük biznes deyil, lakin bu bir başa iki ölkənin iqtisadi inteqrasiyasına təsir edir. …read more

From:: ANS