Ermənilərdən danışdı

Baş nazir Əhməd Davutoğlu Kanal-7 televiziyasına müsahibəsində Türkiyədə yaşayan ermənilərin statusu haqqında danışıb.

ANS PRESS-in məlumatına görə, o, aparıcının suallarına cavabında deyib ki, mənim məsləhətçim milliyyətcə ermənidir, bunun üçün bizə təşəkkür etmək lazım deyil.

Onun sözlərinə görə, dünyada erməni və yunan lobbisi Türkiyəyə qarşı mübarizə aparırlar. Onlar bildirirlər ki, Türkiyədə milli azlıqlar təzyiq altında qalır. Ancaq, bu, həqiqətə uyğun deyil: “Bir ay əvvəl azlıqların milli və mənəvi liderləri üçün illik qəbul təşkil edildi. Şəxsən orada iştirak etdim. Bundan başqa, mənim əsas məsləhətçim erməni mənşəli Türkiyə vətəndaşıdır.

Türkiyənin baş naziri deyib ki, bizdən əvvəlki hakimiyyət dövründə vəziyyət belə deyildi. İndi azlıqlar bizə apardığımız siyasət üçün təşəkkür edirlər. Bütün bunlar göstərir ki, iqtidarda olan Ədalət və İnkişaf Partiyasının sayəsində milli azlıqlar hazırda başqa statusa malikdir. Bizim ünvanımıza səsləndirilən ittihamlar əsassızdır. …read more

From:: ANS