Zibildən pul qazana biləcəyik

Gələn il Siyəzən və Şəki rayonlarında biokütlə enerjisi stansiyaları tikiləcək. ANS PRESS-in məlumatına görə, bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən demişdilər.

Şəki rayonunda iribuynuzlu ferma təsərrüfatından, Siyəsən rayonunda isə quşçuluq fermalarından atılan tullantılardan istifadə olunmaqla biokütlə enerjisi alınmalıdır. Bu həm ekologiya və ətraf mühitə atılan tullantıların miqdarına təsir göstərəcək, həm də yeni enerji istehsalı növündən istifadəyə imkan verəcək. Həmin stansiyalar 2015-ci ildə qurularaq təhvil veriləcəkdi.

Qeyd edək ki, hələ on il qabaq Azərbaycanda peyindən qaz almaq məsələsi gündəmdə idi – istər rəsmi dairələr, istərsə də QHT-lər bunun ucqar dağ kəndləri üçün əvəzsiz vasitə olması barədə ciddi təşviqat işinə başlamışdılar. Peyinini xüsusi bioqaz qurğularında çürütməklə həm evləri qızdırmaq üçün təbii qaz, həm də humus dərəcəsi yüksək olan qiymətli gübrə əldə etməyin mümkünlüyündən bəhs edirdilər.

Hələ İsmayıllı rayonunda bir evdə sınaq üçün təxminən 1500 ABŞ dolları xərc çəkilərək bioqaz qurğusu da quraşdırılmışdı. Amma nəticə elə də uğurlu olmadı – ailənin 4 inəyindən və 25-ə yaxın qoyunundan əldə edilən təxminən 70 kiloqram peyin gün ərzində təxminən 2 kubmetrə yaxın qaz alınırdı ki, bu da yalnız mətbəxdə və hamamda işlətməyə yetirdi.

Əvəzində isə ailə peyindən təzək düzəltmək imkanını itirirdi. Halbuki, daha əvvəl ailə peyinin yalnız bir hissəsini təzək kimi işlətməklə qışı yola verirdi. Mətbəxdə işlətmək üçünsə ayda 6-7 manatlıq da balon qazı almaq kifayət edirdi, yəni heç bir ailə yalnız mətbəxdə işlətmək üçün qaz almağa 1500 manat xərc çəkib bioqaz qurğusu quraşdırmaq istəməzdi.

İsmayıllıdakı bu uğursuz təcrübə Azərbaycanda bioqaz istehsalının gələcəyi ilə bağlı ümidlərin üzərindən bir xeyli müddət xətt çəkmişdi.

Lakin Akim Bədəlovun yenidən məsələni gündəmə gətirməsi bu sahədə işlərin daha uğurla aparıla biləcəyi haqqında ümidləri yenidən doğurdu.

Əslində bu layihənin müsbət tərəfləri kifayət qədər çoxdur. Çünki peyin bir çox ölkələrində bu, kənd üçün qəsəbə və şəhərlər üçün də ən proqressiv yanacaq növü sayılır.

Bunu sübut etmək üçün bir nümunə …read more

From:: ANS