Azərbaycanlı sürücüdən yol polisinə rüşvət

Rusiyada azərbaycanlı saxlanılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, saxlanılan şəxs yol polisinə rüşvət verməyə cəhd edib.

Məlumata görə, Ufada 28 yaşlı sürücü Pravda-Uxtomskoqo küçələrinin kəsişməsində qaydaları pozduğu üçün saxlanılıb.

O, qayda pozuntusunun rəsmiləşdirilməsi üçün patrul maşınına dəvət edilib. Lakin sürücü məsuliyyətdən qaçmaq istəyib.

Cəzadan yayınmaq istəyən sürücü yol polisi əməkdaşına 1000 rubl rüşvət təklif edib.

İndi rüşvət verməyə çalışan azərbaycanlı sürücü bu əməlinə görə məhkəmə qarşısında cavab verəcək. …read more

From:: ANS