Çeçenlər Putinə görə Türkiyədə ayağa qalxdı (FOTO)

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri etirazlarla müşaiyət olunub.

ANS PRESS-in məlumatına görə, Qalatasaray Liseyinin qarşısında toplanan İnsani Müdafiə və Qardaşlıq Dərnəyinin (İMKANDER) mühacir məktəblərində oxuyan çeçen, tatar, dağıstanlı və krımlı təxminən 50 uşaq “İşğalçı Rusiya, Çeçenistandan rədd ol”, “Uşaq qatili Putin”, “Boyun əyməyəcəyik” və “işğalçı Rusiya, Qafqazdan rədd ol” plakatlarıyla yürüş ediblər.

Dərnəyin rəhbəri Murat Özer verdiyi açıqlamada bildirib ki, Rusiya çeçen müharibəsində 42 mini uşaq olmaqla ümumilikdə 250 min nəfəri öldürdüyü üçün bu gün qafqazlı uşaqlar Putinin səfərinə səssiz qalmayıblar.

Yürüş Rusiyanın İstanbul konsulluğu qarşısında başa çatıb. Uşaqlar qaldırdığı plakatları konsulluğun qapısı ağzına atıblar.

Putinin səfərinə Krım türkləri də sərt etirazını bildiriblər.

Krım Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyinin üzvləri Rusiyanın Krım siyasəti səbəbiylə etirazlara başlayıblar.

“Rusiya Krımdan əlini çək” və “İşğalçı Rusiya Krımdan rədd ol” sözləri yazılmış plakatlar qaldırıb və oxşar məzmunlu şüarlar səsləndiriblər.

Krım türklərinin etirazına MHP-nin Bursa millət vəkili Necati Özensoy da dəstək verib.

…read more

From:: ANS