Ərli rus qadınları kişi ovunda

Rusiyada qeyri-qanuni fəaliyyət göstərən əxlaqsızlıq yuvası aşkar edilib.

ANS PRESS-in məlumatına görə, Moskva polisinin keçirdiyi əməliyyat nəticəsində əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən villalardan birinə basqın həyata keçirilib. Bu barədə “New York Post” xəbər yayıb.

Xəbərdə bildirilir ki, basqında içəridə 11 nəfər fahişəliklə məşğul olan qadın saxlanılıb. Bundan başqa, həmin yerin sadəcə evli qadınları “xidmət” üçün istifadə etdiyi məlum olub.

Əxlaqsızlıq yuvası evli qadınlarla cinsi münasibətdə olmaq istəyən varlı müştərilər üçün nəzərdə tutulub.
Həmin qadınlarla birlikdə olmaq istəyən müştərilər təxminən 400 dollarından keçməli olublar. Fahişəliklə məşğul olan bu qadınların ərlərinin onların fəaliyyətindən xəbərdar olmadığı bildirilir.

Polis nümayəndəsi Marqarita Maslova jurnalistlərə veridiyi açıqlamada yeddi otaqlı villanın əxlaqsızlıq yuvasına çevrildiyini və orada sadəcə evli qadınlara “işləməyə” icazə verildiyini təsdiqləyib.

Polis hücumu zamanı 11 nəfər saxlanılıb, bu işi təşkil edən şəxsin isə axtarışları davam edir. …read more

From:: ANS