Qərb Moskvaya nə edəcəyini bilmir (FOTO)

Ukrayanın şərqində şiddətlənən döyüşləri dayandırmaq üçün diplomatik səylər davam etdirilir.

ANS PRESS-in məlumatına görə, Fransa prezidenti Fransua Holland və Almaniya kansleri Angela Merkel yeni sülh təşəbbüsü ilə Kiyevə gəliblər.

ABŞ-ın dövlət katibi isə artıq Ukrayna paytaxtındadır.

Con Kerri öz növbəsində bildirib ki, Vaşinqton sülh üçün diplomatik təşəbbüsləri dəstəkləyir, lakin Moskvanın təcavüzünü qəbul etmək niyyətində deyil.

Ukraynanın baş naziri Arseniy Yatsenyukla birgə keçirdiyi mətbuat konfransında dövlət katibi deyib ki, “bizə sülhü əldə etmək lazımdır, lakin biz Ukraynanın ərazi bütövlüyünə xələl gətirəcək heç nəyi qəbul etməyəcəyik”.

Con Kerri Rusiyanı Ukraynanın suverenliyini pozmaqda ittiham edib və bildirib ki, Moskva özünü “tam cəzasız” hiss edir.
“Biz münaqişənin sülh yolu ilə həllini seçmişik, lakin sülh birtərəfli ola bilməz” – deyə Kerry bildirib.

O deyib ki, prezident Obama hələ də Ukraynaya “müdafiə silahlarının” verilməsi də daxil bütün variantları nəzərdən keçirir.
Hazırda ABŞ Ukraynaya yalnız “qeyri-döyüş” avadanlığının verilməsi ilə köməklik göstərir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç deyib ki, ABŞ-ın Ukraynaya döyüş silahları verməsi Moskva-Vaşinqton münasibətlərinə ciddi zərbə vura bilər.

Bir sıra Qərb liderləri də Ukraynaya döyüş silahlarının verilməsi məsələsində ehtiyatlı mövqe tutublar.

Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmer silah yardımı variantını “tonqala daha çox barıt tökməyə” bənzədib.
NATO komandanı Filip Bridlov deyib ki, Qərb hökumətləri Rusiyadan daha sərt reaksiya ola biləcəyini nəzərə almalıdırlar.
Bəzi Qərb təhlilçiləri bu qənaətdədirlər ki, Ukraynaya birbaşa döyüş silahlarının verilməsi Rusiyanı açıq şəkildə Ukraynanın Qərbinə doğru yürüşə sövq edə bilər.

NATO ölkələri də bu məsələdə ortaq məxrəcə gələ bilməyiblər.

Bu vaxtadək Ukraynaya qeyri-döyüş ləvazimatının – radarların, tibb avadanlığının, bədən zirehlərinin və sairin verilməsi bir növ konsensus rolunu oynayırdı.

NATO ölkələri arasında yalnız Polşa lazım gələrsə, Ukraynaya silahlarla kömək edəcəyini bildirib.

ABŞ-ın siyasi dairələrində də məsələ ətrafında fikir ixtilafları dərinləşməyə başlayıb.

Digər tərəfdən, Ukraynadakı vəziyyətin təcililiyi diplomatiya iflasa uğrayarsa, ciddi addımların atılmasını tələb edə bilər.
Bu arada Angela Merkel və Fransua Holland Ukrayna prezidenti Petro Poroşenko ilə danışıqlara başlayıblar.
Cənab Holland bildirib ki, onlar Kiyevə yeni sülh təşəbbüsü ilə gəliblər.

O əlavə …read more

From:: ANS