Sezen Aksunu yalançı çıxardılar (FOTO)

Türkiyəli pop müğənni Emel Müftüoğlu “minik sərçə”nin uşaqlı fotoşəklini yayımlayıb.

ANS PRESS-in məlumatına görə, Türkiyəli müğənni Emel Müftüoğlu “minik sərçə” ləqəbi ilə tanınan həmkarı Sezen Aksunun 6 yaşında ikən çəkilən fotoşəklini “Instagram” sosial şəbəkəsində paylaşıb.

Müğənninin izləyiciləri Sezen Aksunun bu şəkildə çox sevimli olduğunu yazıblar. Bundan başqa, diqqət çəkən məqamlardan biri isə “minik sərçə”nin əlindəki pişik olub.

Çünki o, mahnılarının birində bir pişiyinin belə olmamasından şikayətlənir:
“Tüm şehir bana küskün
Bir kedim bile yok anlıyor musun
İklim değişir, Akdeniz olur, gülümse…”

Fotoşəkillə yanaşı, mahnıdan olan yuxarıdakı sözlər sosial şəbəkədə paylaşılaraq gülüş mövzusuna çevrilib.

Emel Müftüoğlu həmkarının müxtəlif illərdə çəkilmiş digər şəkillərini də izləyiciləri ilə bölüşüb

60 yaşlı sənətçi Türkiyədə sayılıb-seçilən səs sahiblərindən biridir. O, 2010-cu ildə ABŞ-ın “NPR” radiosu tərəfindən təyin olunan “50 möhtəşəm səs” siyahısında yer almağa müvəffəq olub.

…read more

From:: ANS