Peyğəmbərimiz hətta böcəyi yandırana lənət oxuyub

Türkiyənin rəsmi din komitəsi “Diyanət”in sədri Mehmet Görmez İŞİD terrorçularının iordaniyalı pilotu yandıraraq edam etməsinə münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, din adamı bu hərəkəti kəskin etirazla qarşılayıb. Görmez bildirib ki, İslamda hətta qarışqanı, böcəyi də yandırmaq haram buyurulub.

“İslam peyğəmbəri (S) hətta insana ziyan verən hər hansı bir böcəyi yandıraraq öldürənlərə lənət edib. Belə olduğu halda İslamın və İslam dünyasının bu cür vəhşiliklərlə, qeyri-humanist hərəkətlərlə gündəmə gəlməsi dinimizin iki tərəfdən böyük haqsızlığa məruz qalmasına səbəb olur. Həm daxildən, həm də xaricdən. İslam alimlərinə, müdriklərinə böyük iş düşür. Həm evimizdəki fitnə alovunu söndürmək, həm aramızda olan qardaş davalarını sonlandırmaq, həm də bütün dünyada İslama yönələn xətalara hikmətlə cavab vermək imkanını ancaq bu şəkildə əldə edə bilərik. Bu səbəbdən də dini müəssisələr, müsəlman din adamları bu istiqamətdə daha böyük cəhd göstərməli və hərəkət etməlidir”. …read more

From:: ANS