Azərbaycan dövləti onlara etibar edir (FOTO)

Fevralın 5-də Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın növbəti iclası keçirilib.

“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın həyata keçirilməsinə həsr olunan iclasda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

İclasda azərbaycançılıq ideologiyasının təbliği və gənclərin siyasi fəaliyyəti, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, gənclərin və tələbələrin ictimai fəallığı, insan kapitalının inkişafı, gənclərin elmi fəaliyyəti, onların məşğulluğu, sahibkarlıq fəaliyyəti, müasir çağırışlar və gənclər, Dağlıq Qarabağ münaqişəsi və s. məsələlərlə bağlı müzakirələr aparılıb.

İclası açan İctimai Şuranın sədri Nurəddin Mehdiyev Azərbaycan dövləti tərəfindən gənclərlə bağlı həyata keçirilən siyasət nəticəsində əldə edilən uğurlardan danışıb. O, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın gənclər üçün mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.

Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq edilən Strategiyanın əhəmiyyətini yüksək qiymətləndirib, sənəddə əks olunan müddəalarla bağlı məlumat verib. Sənədin əməli və rəmzi dəyərinin çox yüksək olduğunu vurğulayan nazir bildirib ki, Strategiyanın qəbul edilməsi ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin daha bir uğurudur.

Strategiyanın mərkəzində Azərbaycan gənclərinin maraqlarının yer aldığını diqqətə çatdıran A.Rəhimov sənəddə gənclərin potensialını, imkan və tələbatlarını nəzərə almaq üçün 17 fərqli sosial qrupun göstərildiyini qeyd edib. Sənəddə 32 vəzifə göstərilib ki, onların həyata keçirilməsi təkcə bir nazirliyin deyil, hökumətin digər strukturlarının, həmçinin özəl sektor və qeyri-hökumət təşkilatlarının üzərinə düşür.

Sənəddə institusional tədbirlərin rolunun xüsusi vurğulandığını bildirən nazir bununla da gənclərin və gənclər siyasətinin inkişafında yeni mərhələnin başlandığını qeyd edərək deyib: “Biz gənclərin tərbiyəsini artıq görülən ayrı-ayrı tədbirlər vasitəsilə deyil, institusional əsaslarda təşkil olunmasını normativ-hüquqi sənəddə təsbit edirik. Ölkədə həyata keçirilən gənclər siyasətinin müxtəlif institutları, həmçinin qazanılmış iş təcrübəsi və mövcud mexanizmlər bunu etmək üçün yaxşı əsaslar yaradır”.

A.Rəhimov Strategiyanın dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində qəbul edilmiş ən uzunmüddətli sənəd olduğunu vurğulayıb.

Ölkəmizdə gənclər üçün yaradılan şəraitdən danışan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev hər il …read more

From:: ANS