Neft yenə bahalaşdı

Dünya bazarlarında neftin qiyməti bir az da bahalaşıb.

ANS PRESS-in məlumatına görə, İCE London birjasında Brent markalı neftin bir barrelinin qiyməti 57 dollardan yuxarı qalxıb.

Son məlumatlara görə, Brent markalı neftin bir barreli 57,42 dollara satılıb.

Qeyd edək ki, yanvarın 26-da OPEK rəhbəri Abdulla əl-Bədri bəyan etmişdi ki, yaxın vaxtlarda neftin bir barrelinin qiyməti 200 dollar olacaq.

Əl-Bədrinin sözlərinə görə, neft bazarında özünü tənzimləmə əlamətləri görünür. Çünki enerji şirkətləri xərcləri kəsərək, sərmayələri azaldır. Bu isə istehsalın azalması ilə nəticələnir. ABŞ-da fəaliyyət göstərən quyuların sayı nəzərəçarpacaq dərəcədə azalıb. …read more

From:: ANS