Hyustonun qızı süni nəfəs aparatından ayrıldı

Dünya şöhrətli mərhum müğənni Uitni Hyustonun qızı Bobbi Kristina Braununu həkimlər süni nəfəs aparatından ayırıblar.

ANS PRESS-in məlumatına görə, həkimlər bu qərarı 5 gündən sonra verə biliblər.

Belə ki, Bobbi Kristina Braun Corciadakı evində huşsuz vəziyyətdə tapılmışdı.

Bobbi Atlanta yaxınlığındakı Rozuell xəstəxanasına yerləşdirilmişdi. 21 yaşlı gənc qızda beyin şişi aşkarlanmışdı və o, süni komaya salınmışdı.

Qeyd edək ki, Bobbinin anası Uitni Hyuston 3 il bundan əvvəl-2012-ci ilin 11 fevralında vəfat edib. Qızı Bobbi onun ölümünü ağır keçirib, yaxınları hətta qızın intihar etmək həddində olduğunu da bildiriblər.

Bobbi Kristina Braun Hyustonun 20 milyonluq varidatının sahibidir. …read more

From:: ANS