Bakıda idarə işçiləri ilə polis üz-üzə gəldi (VİDEO)

Yaşıllaşdırma və Bitkilərin Mühafizəsi İdarəsinin əməkdaşları polis tərəfindən saxlanıldı.

Fevralın 5-də Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma və Bitkilərin Mühafizəsi İdarəsinin əməkdaşları hüquq- mühafizə orqanları tərəfindən saxlanılıb. Nəsimi rayonu, Qulu Quliyev küçəsi və Xan Şuşinski küçəsinin kəsişməsində qəzalı vəziyyətdə olan qovaq ağacı qurum əməkdaşları tərəfindən budanmağa başlanılıb. Bu zaman ərazi üzrə fəaliyyət göstərən polis bölməsinin əməkdaşları bu işə mane olub.

Yaşıllaşdırma və Bitkilərin Mühafizəsi İdarəsinin əməkdaşları deyir ki, ilk olaraq polislər onlara yaxınlaşıb və bölməyə dəvət edib. Etiraz edərkən isə üç idarə əməkdaşı polis bölməsinə aparılıb. Onlar deyr ki, bu hadisə birinci dəfə deyil baş verir. Məhz Nəsimi rayonu ərazisində bu cür hallar tez-tez baş verir.

“Heç bir əsas gətirilmədən bizi 2 min manat cərimə etdilər, sənədlər əlimizdə ola-ola. Onlar bu ağacı kəsməyə icazə vermirdilər, ağaclar isə təhlükəli vəziyyətdədir. Onlara bildirdi ki, təhlükə doğura biləcək ağacların kəsilməsilə bağlı göstəriş var. Onlar isə buna məhəl qoymadılar” – deyə yaşıllaşdırma və bitkilərin mühafizəsi idarəsinin əməkdaşı Cəmşid Ələkbərov bildirib.

14 saylı mənzil istismar sahəsinin rəisi buradakı qovaq ağacının qəzalı vəziyyətdə olmasına dair Ekologiya və Təbbi Sərvətlər Nazirliyindən rəy də alındığını bildirdi. Amma buradakı ağacın kəsiminə mane olunması üzündən iş yarımçıq qaldı. Yəni ərazidəki 18 qəzalı vəziyyətdə olan qovaq ağacları budanmadı.

“Bir neçə dəfə bu cür hallar baş verib. Polislər tərəfindən olunan müdaxilə bizim işmizə mənfi təsir göstərir. Bu zaman biz də çıxılmaz vəziyyətdə qalırıq ki, gələcəkdə bu təhlükəni aradan qaldırmaq üçün hansı təşkilata müraciət edək”, – deyə mənzil istismar sahəsinin rəisi Qədir Abbasov vurğulayıb.

Sakinlər də kəsilən bu ağacın həqiqətən təhlükəli vəziyyətdə olduğunu təsdiqlədi. Buna görə də onlar Mənzil İstismar Sahəsinə müraciət ediblərmiş.

Bəs nə səbəbə görə polis əməkdaşları Yaşıllaşdırma və Bitikilərin Mühafizəsi İdarəsinin əməkdaşlarına mane olub? Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsində suala cavab almağa çalışdıq. Bölmənin rəis müavini ağacın kəsilməsinə dair rəy tələb etdiklərini, amma bu sənədin təqdim olunmadığını dedi. Buna görə də idarə əməkdaşları bölməyə …read more

From:: ANS