İki ailənin yaşadığı bina uçdu: yaralılar var (VİDEO)

Türkiyədə iki ailənin yaşadığı bir bina uçub.

ANS PRESS-in məlumatına görə, bu gecə Bakı vaxtı ilə 01:45 radələrində Mersin vilayətinin Akdəniz rayonu Duran Fələk prospektində yerləşən və iki ailənin yaşadığı köhnə binalardan biri gurultu səsi ilə uçub.

Uçqundan sonra ətrafı toz-duman basıb. Dərhal hadisə yerinə məhəllə sakinləri gəliblər. 6 nəfər uçqunun altından yaralı olaraq xilas edilib. Onlar hadisə yerinə gələn təcili yardım maşınları ilə xəstəxanalara aparılıb.

Əraziyə cəlb edilən xilasedicilər uçqun altında qalan digər şəxslərin çıxarılması üçün tədbirlər həyata keçirirlər.

Mersin valisi Özdəmir Çakacak uçan binadan 5 nəfərin yaralı olaraq xilas edildiyini, başqa heç kimin içəridə olmadığını söyləyib.

…read more

From:: ANS