Messi Qətərə transfer oldu (VİDEO,FOTO)

“Barselona”nın ulduzu Lionel Messi Qətərə transfer oldu. ANS PRESS-in məlumatına görə, Türk Hava Yolları ilə yollarını ayırıb.

Kataloniya nəhəngi Qətər Hava Yolları ilə 3 mövsümlük sponsorluq müqavilə imzalayıb. “Qatar Airways” anlaşma çərcivəsinə 95,5 milyon avro ödəniş edəcək. Şirkət ulduz futbolçularla möhtəşəm reklam filmi hazırlayıb.

“Qatar Airways”ın reklamında THY-nin ulduzu olan Messi ilə yanaşı Suarez, Neymar, İnyesta Pike də rol alıb.

Reklam filmində argentinalı ulduz Messi Bryus Li filmlərindən çıxan ninzalarla döyüşür. Luis Suarez isə top oynada bilən atı ilə rəqiblərinə meydan oxuyan kovboyu canlandırır. Neymar isə həm Messinin tələbəsi, həm də yaxşı sörf ustasıdır.

İnyesta ilə Pike pantomim tamşalar göstərən bir qrupda xəyalən futbol oynayan iki aktyordur.

…read more

From:: ANS