Müstəntiqdən Maral Tahirqızına cavab

“Maral Tahirqızı özü də bilmir nə danışır. Mən onun işinə qarşı heç bir laqeyidlik etməmişəm. Əvvəlcə gündəmə səsini reklam etmək istəyilə gəldi. İndi də kriminalla gəlmək istəyir”.

Bu barədə Xətai rayon Polis İdarəsinin müstəntiqi, Maral Tahirqızı barədə açılan cinayət işinin keçmiş icraçısı Azad Haqverdioğlu ANS PRESS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Maral Tahirqızının onun barəsində səsləndirdiyi fikirlər heç bir həqiqəti əks etdirmir.

“Mənə heç bir töhmət verilməyib. Mən də həmin şəxsdən heç bir pul istəməmişəm. Deyəsən o bilmir nə danışır. Bir neçə dəfə gəlib burda səs-küy salıb. Məndən narazı olduğunu bildirib. Rəhbərlik də, işi məndən alıb başqa müstəntiqə verib”, – deyə Azad Haqverdioğlu bildirib.

Qeyd edək ki, müğənni Maral Tahirqızı barəsində qətimkan tədbiri seçilməsi haqda yayılan xəbərlərə münasibət bildirərkən deyib ki, iş əvvəlcə müstəntiq Azad Haqverdioğlunda olub. Müğənni ANS PRESS-ə açıqlamasında qeyd edib ki, müstəntiq işi onun xeyrinə həll etmək üçün pul da istəyib.

Maral Tahirqızı sosial şəbəkə vasitəsilə bu məsələnin planlaşdırılmış oyun olduğunu və işi aparan müstəntiqin artıq töhmət aldığını əlavə edib.

Xatırladaq ki, Maral Tahirqızı evində əxlaqsızlıq yuvası saxlamaqda ittiham olunaraq polis tərəfindən dindirilib. …read more

From:: ANS