Komandirimiz əsgəri güllələdi?

Azərbaycan Respublikası Hərbi Prokurorluğu əsgərin komandiri tərəfindən güllələndiyi iddia olunan hadisə ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumatda deyilir ki, bəzi KİV-lərə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Çingiz Tarverdiyevin atası Aydın Tarverdiyev müsahibə verərək, oğlunun şəxsi zəmində yüksəkrütbəli zabit tərəfindən tapança ilə vurularaq güllə yarası ilə Gəncə şəhərində yerləşən hərbi hospitalda heç bir tədbir görülmədən ağır və baxımsız vəziyyətdə qalmasını, aidiyyəti qurumların buna biganə yanaşması ilə hadisənin ört-basdır edildiyini bildirib.

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu həmin yazılarda göstərilənlərlə bağlı bildirir ki, Gəncə Hərbi Məhkəməsinin 29.05.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 335.1-ci (öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma) maddəsi ilə təqsirli bilinərək 5 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş Tarverdiyev Çingiz Aydın oğlu cəzasını çəkib qurtardıqdan sonra 2014-cü ilin dekabr ayında xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə göndərilmiş və həmin hərbi hissədə müddətli həqiqi hərbi xidmət edərkən, 27 yanvar 2015-ci il tarixdə mühafizə növbəsində olduğu zaman saat 06 radələrində əsgər yoldaşı ilə aralarında yaranmış mübahisə zəminində xidməti istifadəsində olan avtomat silahını döyüşə hazır vəziyyətə gətirib mübahisə etdiyi əsgərin başı üzərindən havaya bir dəfə atəş açmış, daha sonra isə onunla birlikdə növbədə olan digər əsgərdən xidməti istifadəsindəki avtomat silahını ona verməsini tələb etmişdir. Həmin əsgər buna öz etirazını bildirdiyinə görə əsgər Ç.Tarverdiyev onun da başı üzərindən havaya iki atəş açaraq silahının lüləsini özünün çənəaltı nahiyəsinə dirəyib silahın ona verilməyəcəyi təqdirdə özünü öldürəcəyini demiş, nəticədə əsgər yoldaşı onun bu hərəkətindən qorxaraq məcburiyyət qarşısında avtomat silahını Ç.Tarverdiyevə vermişdir. Bundan sonra əsgər Ç.Tarverdiyev hər iki avtomat silahla əsgər yataqxanasının qarşısına gedib “tabor düzülsün” deyə qışqıraraq nalayiq söyüşlərlə şəxsi heyətin düzülməsini və əsgərlərin səhər yeməyinə sərbəst yeriyərək getmələrini tələb etmiş, daha sonra isə əsgərlərin başları üzərindən havaya çoxsaylı …read more

From:: ANS