“Boko Haram”dan qandonduran qırğın

Nigeriyanın “Boko haram” terrorçuları kütləvi qətl törədib.

ANS PRESS-in məluamtına görə, terrorçular Kamerunun şimalında Fotokol qəsəbəsinə soxulublar. Burada 3 məscidə də hücum edən terror qruplaşması ən az 100 dinc sakininn boğazını kəsərək qətlə yetirib. Məlumata görə, Kamerun ordusu terrorçuları artıq qəsəbədən qovub.

Xatırladaq ki, bir neçə gün əvvəl “Boko Haram” terror qruplaşması ilə Çad əsgərləri arasında silahlı toqquşma baş vermişdi. Atışma zamanı cəmi 200 terrorçu, 9 nəfər Çad ordusu əsgəri ölmüş, 21 nəfər əsgər isə yaralanmışdı. Çad ordusu əməliyyatların Nigeriyanın Qamboru şəhərində davam etdirildiyini bildirmişdi. …read more

From:: ANS