Məşhur müğənninin qızı ölüm ayağında

Dünyanın ən tanınmış müğənnilərindən biri olan bir necə il öncə hamam otağında meyiti tapılan Uitni Hyustonun qızı ölüm ayağındadır. Bobbi Kristina Braun komada və süni nəfəs aparatındadır.

Həkimlər qızın atasına hər bir vəziyyətə hazırlıqlı olmağı məsləhət görüblər. Onlar qızı süni nəfəs aparatından ayıra biləcəkləri barədə xəbərdarlıq ediblər.

Bobbinin sağalmaq şansını tibb personalı sıfra bərabər qiymətləndirirlər.Belə ki, onun beyni heç nəyə reaksiya vermir.

Xatırladaq ki, 21 yaşlı Bobbi vanna otağında huşsuz vəziyyətdə tapılmışdı. Həyat yoldaşı Nik Qordon həkimlər gələnə kimi ona ilkin tibbi yardım göstərməyə çalışıblar.

İlkin versiyalardan biri onun narkotik istifadəçisi olduğu və komaya düşməsinə də bunun səbəb olduğudur. Lakin evindəki axtarış zamanı heç bir narkotik maddə aşkarlanmayıb.

2012-ci il fevralın 12-də Los Ancelesin “Beverli Hilton” otelində vanna otağında ölü tapılmış Uitni Hyustonun ölümünün dəqiq səbəbi hələ məlum deyil. Onun çoxlu içki içdikdən sonra sakitləşdirici dərmanlar atdığı və huşunu itirərək suda boğulduğu ehtimal edilir. …read more

From:: ANS