İrəvandan onlar da qaçdılar

Bir necə il öncə Ermənistana qaçmış azərbaycanlı Orucovlar ailəsi 3-cü ölkəyə gedib. ANS PRESS-in “Novosti Armeniya”ya istinadla verdiyi məlumata görə, bunu Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəisi Qaqik Yeqanyan bildirib.

Onun sözlərinə görə, Orucovlar ailəssi dekabr ayında gediblər. hara getdikləri isə bilinmir.

Xatırladaq ki, 2014-cü ilin 29 yanvar tarixində 37 yaşlı Cavid Orucov həyat yoldaşı və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib.

Qərb dövlətlərində sığınacaq ala bilmədiyi üçün 2014-cü il yanvarın 29-da Ermənistana keçən Cavid Orucov həmin ilin aprel ayında BBC-nin yerli müxbirinə verdiyi müsahibədə yataqxanada qaldığını, vəziyyəti qənaətbəxş olmadığı üçün bu ölkəni də tərk etmək istədiyini demişdi. …read more

From:: ANS