Arvadının yanında söyüş söyən əmioğlusunu qanına qəltan etdi

Ötən gün saat 22 radələrində Bakının Nizami rayonunda əmioğlular arasında bıçaqlanma olub.

Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsinin təhqiqatçısı Müşfiq Musazadənin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə Rüstəm Rüstəmov küçəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Elşən Rzayev münaqişə zəminində əmisi oğlu 1986-cı il təvəllüdlü Etibar Rzayev tərəfindən bıçaqlanıb. E.Rzayev müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən Etibar Rzayev saxlanılıb. O, istintaqa verdiyi ifadədə bildirib ki, əmioğlusu ilə birlikdə evlərində yeyib-içiblər. Söhbət zamanı qohumu söyüş söyüb. Orada onun həyat yoldaşı da olub.

Etibar Rzayev əmioğlununun həyat yoldaşının yanında biədəb danışmasına əsəbləşib. Bu səbəbdən də onu vurub.

Faktla bağlı araşdırmalar davam edir. …read more

From:: ANS