Bakıda oğul anasını öldürdü

Bakıda öğul anasını öldürüb. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə fevralın 3-də baş verib.

1992-ci il təvəllüdlü Elnur Əliyev Ə.Vahid küçəsindəki modalar evində dərzi işləyən anası 1967-ci il təvəllüdlü Sevinc Əliyevanı qısqanclıq zəminində bıçaqla qətlə yetirib.

Qətldə şübhəli bilinən Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Elnur Əliyev Qusar Sərhəd Keçid Məntəqəsində müəyyən olunaraq tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Nərimanov rayon Polis İdarəsi 18-ci polis bölməsi və Qusar rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilib.

Qeyd edək ki, Elnur Əliyev borclu kimi axtarışda olub.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS