İki vulkan birdən püskürdü

Meksikada bir gündə iki vulkan püskürməsi baş verib.

ANS PRESS-in məlumatına görə, paytaxt Mexiko yaxınlığında fəaliyyətdə olan Kolima və Popokatepetl vulkanlarının püskürməsi ciddi fəsadlar törətməyib.

Verilən məlumatlara görə, Mexikodan 130 kilometr məsafədə yerləşən Popokatepetl vulkanı 24 saat ərzində 60 dəfə püskürüb. Püskürmələr nəticəsində 1000 metr hündürlüyədək kül səpələnib.

Kolima vulkanı da bir sutka ərzində bir neçə dəfə püskürüb. …read more

From:: ANS