İki oğul atalarının başını kəsdi

İki oğul əlbir olaraq atalarının başını kəsiblər. Dəhşətli hadisə Türkiyədə, İstanbul şəhərində baş verib. ANS PRESS-in Türkiyə mətbautına istinadla verdiyi məlumata görə, Fikri Yıldızın başını kəsən övladlarından biri doğma, biri isə ögey olub.

Qətldə şübhəli qismində saxlanılanlar atalarını ailə daxilindəki cinsi təcavüzə görə öldürdüklərini deyiblər.

Polis idarəsindən çıxan kişilərdən biri “hamı ağıllı olsun. Hər kəs bacısına sahib çıxsın”, deyə qışqırıb. Cinayətdən sonra o sosial şəbəkə səhifəsində də atasını öldürdüyünü etiraf edib. “Ortada bir cinayət var. Onu mən törətmişəm. Öz istəyimlə başını kəsmişəm. Öldürdüm, öldürdüm. Qanıma, namusuma bir zaval gəlsə gözümü belə yummadan öldürərəm”.

60 yaşlı kişinin başı kəsilən cəsədi xalıya sarılmış vəziyyətdə bir çuxurun içərisində tapılmışdı. …read more

From:: ANS