İŞİD-lə Bakının 1 saat fərqi

Bundan əvvəl ələ keçirdikləri bölgələrdə təhsil sistemində və pul dövriyyəsində dəyişikliklər edən İŞİD terror qruplaşması daha bir gözlənilməz addım atıb.

ANS PRESS-in məlumatına görə, İŞİD-in tabeçiliyində olan və terrorçular tərəfindən mərkəz seçilən Raqqa şəhərində saatlar bir saat irəli çəkilib. Bu isə Bakı vaxtından bir saat geri deməkdir.

Səbəb kimi onlar rəsmi Dəməşqlə eyni saat qurşağında olmamağı əsas göstərirlər.

Nəzarətində saxladığı bölgələrdə öz şəriət qaydalarını tətbiq edən terror qruplaşması bunu Raqqanın Dəməşqdən 500 kilometr uzaqlıqda yerləşməsi və günəşin Raqqada daha tez doğması kimi də əlaqələndirirlər. …read more

From:: ANS