Kadırov: pullarımı mənə Allah verib (VİDEO)

Rusiya Çeçenistan respublikasının prezidenti Ramzan Kadırov müsahibəsində qalmaqallı açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə, Ren TV kanalına müsahibə verən Ramzan Kadırov bir çox maraqlı suallara cavab verib.
Jurnalistin Kadırov nəyi edə bilməz sualına, prezident edə bilməyəcəyi 3 şeyin olduğunu deyir.

1-ci mənə İslam icazə vermədiyi şeylər, 2-ci adətlərin icazə vermədiyi, 3-cü isə qanunun, RF və Çeçen respublikasının qanunlarının icazə vermədiyi şeylər olmaz- deyə Kadırov cavab verib.

Bəs düşməniniz varmı sualına isə Kadırov- “şəxsi mənada düşmənim yoxdur, yalnız qanun düşmənləri ilə amansız mübarizə aparıram”- deyib.

Ən maraqlısı isə müsahibənin P.S bölməsi olur. Burada Ramzan Kadırovun jurnalist xanıma bu nə suallardır verirsəs deməsi jurnalisti heyrətləndirir. “Necə sual verməliydim ki?” sualına Kadırov- “Mən fikirləşdim Ren Tv gəlib indi məni divara sıxacaq”- deyib.

Buna hirslənən jurnalist qeyri ənənəvi suallar verməyə başlayır. “Yaxşı pullarınız hardandır desəm, deyəcəksiz ki, Allah mənə verib”, Kadırov: “elədi ki, var”, – “Bəs hakimiyyətdə nə qədər qalacaqsız?” sualına isə prezident həqiqətən də ondan gözlənilməyən cavab verir.

…read more

From:: ANS