100 dinc sakin öldürüldü

“Boko Haram” terror qruplaşmasının yaraqlıları Kamerun respublikasında yerləşən Fotokol şəhərinə hücum edib.

ANS PRESS-in məlumatına görə, hücum nəticəsində ən azı 100 dinc sakin öldürülüb.

“Ria Novosti” xəbər verri ki, terroçular sübh çağı qəfildən şəhərə hücum edərək məscid və evlərdə olan 100 nəfərdən çox yerli sakini öldürüb, eləcə də əmlaklarını yandırıb.

Daha əvvəl xəbər verilmişdi ki, Nigeriyada Kamerun sərhəddi yaxınlığında gedən döyüşlərdə Çad ordusu terror qruplaşmasının 200 yaraqlısını məhv edib. …read more

From:: ANS