Məhbus müsəlmanların sayı rekord həddə çatıb

Birləşmiş Krallıqda həbsdə olan müsəlman sayının tarixdə ən yüksək səviyəyə çatdığı bildirilir.

ANS PRESS-in məlumatına görə, İngiltərə Ədliyyə Nazirliyinin apardığı son statistik açıqlamada İngiltərə və Uelsdə həbs edilən yedi nəfərdən birinin müsəlman olduğu qeyd edilir.

Açıqlamada 2004-cü ildən 2014-cü ilə qədərki müddət ərzində həbs ediən müsəlman sayının 6 571-dən 12 255-ə çatdığı yazılıb.

İngiltərədə irqçi çıxışları araşdıran qurumlar bu artımın ölkədəki müsəlman əhalinin digər qruplarla müqayisədə gənc olması ilə əsaslandırır və gənclər arasında cinayət törətmə hallarının daha yüksək olduğu göstərilir. …read more

From:: ANS