Bakıda qəza törədən sürücü benzin töküb maşınını yandırdı

Bakının Nizami rayonu Babək prosketində yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, prospketlə hərəkətdə olan “Chevrolet” markalı minik maşını qarşısında hərəkət edən “Mercedes”ə çılpılıb. Toqquşmadan sonra sürücülər baş verənlərə aydınlıq gətirmək istəsə də qəfildən əsəblərini cilovlaya bilməyən “Chevrolet”in sürücüsü öz maşınına od vurub.

Hadisə şahidi Ramin Zəkiyev sürücünün benzin tokərək öz maşınını yandırdığını bildirir.

Şahidlərin sözlərinə görə, bundan sonra maşın sahibi heçnə olmamış kimi alovlanan avtomobilinə baxıb.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Hadisə verinə gələn yanğısöndürmə briqadasının əməkdaşları alovu müdaxilə ediblər. Təxminən 20-25 dəqiqə ərazində maşında baş verən yanğının qarşısı alınıb.

ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, saat 02.04-də yanğının qarşısı tamamilə alınıb.

Əraziyə cəlb edilən polis əməkdaşları isə öz malına od vuran sürücünü saxlayıblar. Daha sonra həmin şəxs izahatının alıması üçün polis orqanın aparılıb. Hr halda dindirilmə zamanı bütün qaranlıq məqamlara aydınlıq gətiriləcək. …read more

From:: ANS