“11 sentyabr”da kral izi (FOTO)

Amerika Birləşmiş Ştatları (ABŞ) tarixində ən böyük terror hadisəsi kimi xatırlanan “11 sentyabr faciəsi” ilə bağlı yeni bir iddia irəli sürülüb.

ANS PRESS-in məlumatına görə, 2001-ci il sentyabrın 11-də Nyu-York və Vaşinqtonda törədilən terror aktlarını Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi iddia edilir. Həmin hücumları planlaşdırmaqda günahlandırılan keçmiş Əl-Qaidə üzvü Zəkəriya Musavi bu iddia ilə çıxış edib.

Hazırda ABŞ həbsxanasında saxlanılan Musavi Səudiyyə kraliyyət ailəsinin 11 sentyabr hücumuna maddi dəstək verdiyini açıqlayıb.

Onun sözlərinə görə, 1990-cı ildən bəri Əl-Qaidəyə dəstək verənlər arasında kraliyyət ailəsinin nüfuzlu şəxsləri mövcuddur. Səudiyyə tərəfi isə səsləndirilən bu iddianı təkzib edib.

Xatırladaq ki, 2001-ci il 11 sentyabr tarixində “Əl-Qaidə” terror təşkilatının üzvü olan 19 terrorçu müxtəlif istiqamətlərdə hərəkət edən 4 sərnişin təyyarəsini ələ keçirərək müxtəlif obyektlərə doğru yönəldiblər. Təyyarələrdən ikisi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin göydələnlərinə çırpılıb. Terrorçular daha bir təyyarəni Pentaqonun əsas binasına yönəldiblər. Dördüncü təyyarə isə Pensilvaniya ştatı ərazisində yerə düşüb. Ümumilikdə terror aktları nəticəsində 3 mindən çox adam ölüb.

…read more

From:: ANS