“Real” rəqibinə aman vermədi (VİDEO)

İspaniya La Liqasının 16-cı turun təxirə salınmış bir oyunu keçirilib.

ANS PRESS-in məlumatına görə, Madridin “Santyaqo Bernabeu” stadionunda lider “Real” və “Sevilya” klubları qarşılaşıb.

“Real”ın klublararası dünya çempionatında iştirak etməsi səbəbilə təxirə salındığı görüşdə madridlilər sevinən tərəf olub – 2:1. Turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan rəqibinə 2:1 hesabı ilə qalib gələn Karlo Ançelottinin yetirmələri 54 xalla liderliyini bir qədər möhkəmləndirib.

Qeyd edək ki, 54 xalla turnir cədvəlinə başçılıq edən “Real”ı 50 xalla “Barselona” izləyir. 3-cü sırada qərarlaşan “Atletiko”nun isə 47 xalı var.

4 fevral
“Real” (Madrid) – “Sevilya” – 2:1
Qollar: Xames Rodriqez, 12 (1:0), Xese, 36 (2:0), Aspas, 80 (2:1)
…read more

From:: ANS