Bayılda evlərdə çatlar daha da dərinləşdi (VİDEO)

Son günlər Bakı və Abşeron yarımadasında yağan yağışla əlaqədar Bayıl qəsəbəsində sürüşmə sahələri aktivləşib. Ərazidə yerləşən evlərdə iri çatlar əmələ gəlib.

ANS TV-nin məlumatına görə, sürüşməyə meyilli olan Badamdar yaylasında təhlükə hələ də qalmaqdadır. Buxta küçəsi, 212 ünvanında yerləşən 6 məcburi köçkün ailəsinin yaşadığı binada isə vəziyyət daha da acınacaqlıdır.

Sonuncu dəfə qarın yağmasından sonra ərazidə mənzillərin arxasında yerləşən divar bir qədərdə sürüşüb. Nəticədə mənzildə yaşayan sakinlər hər an ölüm təhlükəsilə üz-üzə qalıblar. Evlərdə çatlar daha da dərinləşib. Yağış-qar yağanda isə vəziyyət daha da acınacaqlı olur. Çatlardan su evlərin içərisinə axır. Sakinlər artıq ərazidə qalmağın onlar üçün əsl təhlükə olduğunu bildirirlər. Deyirlər ki, əgər bir də yağış yağsa, o zaman divarlar uçulub evlərin üstünə töküləcək. Amma ərazi qəzalı olsa da, hələ ki, 6 məcburi köçkün ailəsi köçürülməyib.

Səbail Rayon İcra Hakimiyyətindən bildirdilər ki, həmin ailələrin təcili köçürülməsilə bağlı artıq Qaçqın və Məcburi Köçkünlərinİərin işləri üzrə Dövlət Komitəsinə müraciət olunub. Hazırda bununla bağlı iş aparılır. Yəqin ki, yaxın vaxtlarda ailələr yeni evlə təmin olunacaqlar.

…read more

From:: ANS