NATO Rusiyaya qarşı birləşir

NATO ölkələrinin xarici işlər nazirləri bu gün Brüsseldə iclas keçirəcəklər.

ANS PRESS-in məlumatına görə, bu, NATO-nun ötən il Uelsdə keçirilmiş sammitindən sonra ilk belə yığıncağıdır.

Bu iclasda NATO nazirləri alyansın yeni təhlükələrə hazırlığı məsələsini müzakirə edəcəklər.

Söhbət ilk növbədə NATO-nun Şərqi Avropadakı müttəfiqlərinin təhlükəsizliyinin təminatından gedir.Görüşdə Ukrayna böhranının da müzakirə olunacağı gözlənilir.

NATO nazirlərinin Brüssel görüşünün keçirildiyi eyni gündə ABŞ dövlət katibi Con Kerri Kiyevə səfər etməldir.

NATO-nun baş katibi Cens Stoltenberq deyib ki, Brüssel görüşündə nazirlər “Çevik hərəkət qüvvələrinə” hansı ölkələrin hərbi birləşmələrinin daxil olacağı müəyyənləşdiriləcək.

Bundan başqa Estoniya, Litva, Latviya, Rumıniya, Polşa və Bolqarıstanda NATO-nun koordinasiya mərkəzlərinin yaradılması da gündəlikdədir.

NATO bəyan edir ki, şərqdəki müttəfiqlərinin, xüsusilə Rusiya təhlükəsindən müdafiəsinə hazır olmalıdır.

Bu arada ABŞ-ın NATO-dakı səfiri bildirib ki, Amerika kəşfiyyatı son həftələrdə Rusiyanın yeni qüvvələrinin Ukrayna ərazisinə müdaxiləsini müşahidə etməyib, hərçənd indiyədək gətirilmiş qüvvələr hələ də Ukraynadadır. …read more

From:: ANS