Elnur “O səs Türkiyə”nin əfsanəsi oldu (VİDEO)

“O səs Türkiyə” müsabiqəsinin son buraxılışında “Son seçimlər” mərhələsi baş tutub.

ANS PRESS-in məlumatına görə, Ebru Gündeşin komandasında yer alan müsabiqədəki son azərbaycanlı iştirakçı Elnur Hüseynov Daft Punkın “Get lucky” mahnısını ifa edib. Onun rəqibi Mazhar-Özkan cütlüyünün yarışmaçısı Seda Yiyin isə Sertab Erenerin “Aşk” mahnısını səsləndirib.

“O səs Türkiyə” yarışmasındakı ilk çıxışı ilə səs-küy yaradan müğənni Elnur Hüseynov çıxışı həmişə olduğu kimi bu dəfə də hamı tərəfindən bəyənilib.

Mazhar həmyerlimizin çıxışını qiymətləndirərlən onu “O səs Türkiyə”nin əfsanəsi adlandırıb.

Auditoriya səsverməsində Mazhar-Özkan cütlüyünün yarışmaçısı Seda Yiyinlə mübarizə aparan Ebru Gündeşin yarışmaçısı Elnur sevinən tərəf olub. “Son seçimlər” mərhələsində qələbə qazanan Elnur canlı yayımlar mərhələsinə keçib.

Qeyd edək ki, Elnur Hüseynov “Eurovision 2008”də Samir Cavadzadə ilə Azərbaycanı təmsil etmiş ifaçıdır.

…read more

From:: ANS