ABŞ nefti ucuzlaşdırdı

Dünya birjalarında neft fyuçerslərinin qiyməti yenidən düşüş yaşayır.

ANS PRESS-in məlumatına görə, buna başlıca səbəb kimi Birləşmiş Ştatlarda neft ehtiyatlarının artması göstərilir.

Son birja satışının nəticələrinə görə Brent markasından olan neftin qiyməti 6, 6 faiz enərək bir barrel üçün 54,32 dollar olub.

ABŞ Energetika nazirliyi bildirir ki, ölkənin neft anbarlarındakı ehtiyat 6, 3 milyon barrel artıb.

Qeyd edək ki, neft qiymətlərinin ötən həftə ərzində kiçik yüksəlişlərinə baxmayaraq bir çox ekspertlər bunun müvəqqəti hal olduğunu bildirirdilər. …read more

From:: ANS